Sergey Puqaçov: Putin Hitler səviyyəsində diktator deyil ki…,backend

Sergey Puqaçov: Putin Hitler səviyyəsində diktator deyil ki…,

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Vladimir Putinin ətrafı, onun nüvə silahından istifadə əmrini sabotaj edə bilər.

Editor.az bildirir ki, bunu Fransada yaşayan keçmiş rusiyalı bankir, Vladimir Putinin keçmiş dostu Sergey Puqaçov “GORDON” internet nəşrinin təsisçisi Dmitri Qordona müsahibəsində deyib. “Görünür, o (nüvə silahı. – QORDON”) mövcuddur, “biz nüvə dövlətiyik”… “Biz” – Rusiyanı nəzərdə tuturam” – Putinin keçmiş dostu deyib. O, hesab edir ki, Putin nəzəri olaraq nüvə silahından istifadə edə bilər, amma praktiki olaraq yox. “Məsələ bundadır ki, nüvə silahından, xüsusən də taktiki nüvə silahından istifadə Putin üçün Ukraynada da yox, Rusiyada atom elektrik stansiyasını partlatmaq kimi bir şeydir”, – Puqaçov izah edib. Keçmiş bankir hesab edir ki, Rusiya liderinin nüvə silahından istifadəsinə mane ola biləcək başqa bir hal onun ətrafının kommersiyasıdır.

“Birincisi, Putin Hitler səviyyəli diktator deyil, əmr versin – və dərhal yerinə yetirilsin. Biz başa düşürük ki, bunlar klanlardır, bu puldur. Bu, Sovet İttifaqı deyil. Burada əsas ideya pul yığmaq, pul oğurlamaq, pul qazanmaq və harasa Qərbə gedib, yaşamaqdır”. Puqaçovun sözlərinə görə, Putin müəyyən mənada başa düşür ki, artıq Ukraynada uğursuzluğa düçar olub. Ancaq düşünür ki, ən son məqamda deyəcək: “Məni xilas etməsəniz, atom bombası atacağıq.

  //Samir,Editor.az