Sərnişin avtobusu ağaca çırpıldı: yaralılar varbackend

Sərnişin avtobusu ağaca çırpıldı: yaralılar var

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Göygöldə yol nəqliyyat hadisəsi baş verib.

Editor.az APA-ya istinadən bildirir ki, hadisə rayonun Heydər Əliyev prospektində qeydə alınıb.

Hərəkətdə olan sərnişin avtobusu “Mercedes Sprinter” idarə etməni itirib. Nəticədə avtobus ağaca çırpılıb.

Qəza zamanı 1984-cü il təvəllüdlü Həsənov Tofiq, 1985-ci il təvəllüdlü Bayramov Mehman və 1967-ci il təvəllüdlü Mirzəyev Cahid xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər. Yaralılardan sonuncunun vəziyyətinin ağır olduğu bildirilir. Hadisə yerinə DYP əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.