“Sertifikasiya imtahanlarının keçirilməsinin qəti əleyhinəyəm”- Təhsil ekspertindən açıqlamabackend

“Sertifikasiya imtahanlarının keçirilməsinin qəti əleyhinəyəm” – Təhsil ekspertindən açıqlama

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Sertifikasiya imtahanları yalnız o halda keçirilməlidir ki, ümumtəhsil orta məktəblərdə dərs deyən müəllim heyəti mövcud tətbiq olunmuş dərs proqramı ilə ayaqlaşa bilmir, müasir texnologiyalara uyğunlaşmağı bacarmır”.

Bu sözləri Editor.az-a açıqlamasında təhsil eksperti Elçin Əfəndi deyib.

O, bildirib ki, sertifikasiya imtahanı bu qədər lazımlıdırsa , o zaman müvafiq yaş qrupu tətbiq olunsun və həmin şəxslər üçün imtahan keçirilsin:

“Gənc müəllimlər üçün sertifikasiya imtahanın tətbiq edilməsi heç doğru deyil. Onlar kurikulum sistemi əsasında müvafiq biliklərə sahibdirlər. Eyni zamanda, müəllimlərin bilik və bacarıqlarının qiymətləndirilməsi üçün müəllimlərin işə qəbulu imtahanı keçirilir. Gənc müəllimlər MİQ imtahanı verib işə yeni başlayıblar. Onları yenidən imtahan etməyə nə ehtiyac var ki? Bu doğru yanaşma deyil. Məntiqlə yanaşanda yeni imtahandan keçən müəllim müasir təhsil standartlarına tam cavab verməlidir. Bu baxımdan müəllimlərin aksiyasını dəstəkləyirəm, onlar haqlıdırlar. Ola bilər ki, 15-20 il pedaqoji iş təcrübəsi olan müəllim müasir təhsil standartlarına cavab verə bilməsin. Bu zaman həmin şəxslər imtahan olunmalıdır. Ümumilikdə isə, mən bu sertifikasiya imtahanının keçirilməsinin qəti şəkildə əleyhinəyəm”.

//Gülnarə Abasova, Editor.az