Sumqayıtda cərəyan vuran yeniyetmə ikinci dəfə əməliyyat olundu – FOTObackend

Sumqayıtda cərəyan vuran yeniyetmə ikinci dəfə əməliyyat olundu – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sumqayıtda elektrik cərəyanı vuran 13 yaşlı Aslan Zaur oğlu Əliyev növbəti dəfə əməliyyat olunub.

Bu barədə Bizim.media-ya yeniyetmənin bibisi Qərənfil Əliyeva məlumat verib. Onun sözlərinə görə Aslan Əliyev bu dəfə boynundan əməliyyat olunub. Əməliyyat 2 saat çəkib və hazırda uşaq reanimasiyadadır.

Qərənfil Əliyeva onu da qeyd edib ki, 5 gün sonra Aslan Əliyev növbəti dəfə əməliyyat olunacaq. Hansı ki, həkimlər həmin əməliyyatın ağır olduğunu deyiblər.

Qeyd edək ki, hadisə oktyabrın 22-də baş verib. Yeniyetməyə başın, qulaq seyvanının, sağ yuxarı ətrafın, gövdənin arxa səthinin, sol dabanın 3-cü və 4-cü dərəcəli elektrotexniki yanığı, yanıq şoku diaqnozu qoyulub.

Yeniyetmə bir həftədən çoxdur “Baku Medical Plaza”nın reanimasiya şöbəsində müalicə alır. Həkimlərin bildirdiyinə görə yeniyetmə 4 dəfə əməliyyat olunacaq. Aslan Əliyevin yaxınları açıq sahədə elektrik naqilinin aşağı hündürlükdən keçməsi səbəbindən bədbəxt hadisənin baş verdiyini iddia edirlər.