Türkiyə təyyarənin İrəvana uçmasına imkan vermədibackend

Türkiyə təyyarənin İrəvana uçmasına imkan vermədi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fransadan Ermənistana uçan təyyarə məcburən Kişinyov hava limanına eniş edib.

Editor.az  axar.az-a istinadən xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb.

“FlyOne Ermənistan” şirkəti isə Ermənistandan Avropaya uçuşlar üçün Türkiyənin hava məkanını bağladığını bildirib. Bu səbəbdən də Fransadan İrəvana uçan təyyarə şirkətin mərkəzi ofisinin yerləşdiyi Kişinyova məcburi eniş edib.

Qeyd edək ki, Türkiyənin “FlyOne Ermənistan” şirkətinin təyyarələri üçün hava məkanını hansı səbəbdən bağladığı açıqlanmır.