Türkiyədəki qəzada ölən Qəmər nişanlı imiş… FOTOLARbackend

Türkiyədəki qəzada ölən Qəmər nişanlı imiş… FOTOLAR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xəbər verdiyimiz kimi, ötən gün Iğdır-Ankara marşrutu ilə hərəkət edən avtobusun Qars-Ərzurum yolunun Sarıqamış rayonu ərazisində aşması nəticəsində iki azərbaycanlı həlak olub.

Editor.az xəbər verir ki, manset.az-ın əldə etdiyi məlumata görə, qəza nəticəsində avtobusda olan iki azərbaycanlı əslən Naxçıvan MR Şərur rayonu, “Oğlanqala” kəndindən olan – 19 yaşlı Qəmər Niyazova və 60 yaşlı Fazilə İsmayılova həlak olub. Qəzada həlak olan Qəmər Niyazova anası İlkanə Niyazova ilə birlikdə Qarsdan İstanbula gedirmiş. Hazırda ana İlkanə Niyazova da yaralıdır.

Bildirək ki, qəzada həlak olan evin yeganə övladı olan Qəmər Niyazova nişanlı imiş və hazırda onun atası Anar Niyazov da İstanbuldan hadisə yerinə gəlib.

Yaralılar Kars Rayonu, “Sarıqamış” xəstəxanasına çatdırılıb.

P.S Səfirlik qeyd edib ki, Qarsda baş vermiş avtobus qəzasında vəfat edənlərin və yaralıların yaxınları məlumat əldə etmək üçün Azərbaycanın bu şəhərdəki baş konsulluğu ilə +90 543 310 42 92 telefon nömrəsi vasitəsi ilə əlaqə saxlaya bilərlər.