Ukrayna 6000 kvadrat kilometr ərazini ələ keçirdi- Rusiya mətbuatıbackend

Ukrayna 6000 kvadrat kilometr ərazini ələ keçirdi- Rusiya mətbuatı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna prezidenti Volodimir Zelenski Rusiyaya qarşı ordusunun 6 min kvadrat kilometrdən çox ərazini ələ keçirdiyini bildirib.

Editor.az xarici mediaya istinadən bildirir ki, Ukrayna hərbi kəşfiyyatının sözçüsü çoxlu sayda rus məhbusu yerləşdirmək üçün yer tapmaqda çətinlik çəkdiklərini də qeyd edib. O, 24 saat ərzində 20-dən çox yaşayış məntəqəsinin geri alındığını açıqlayıb. Rusiyanın aylar sonra döyüş meydanında tənəzzülü Rusiya prezidenti Vladimir Putinə qarşı ictimai tənqidləri artırıb. Rusiya qüvvələri nəhayət müharibənin əvvəlində Kiyev yaxınlığındakı ərazilərdən geri çəkilməyə məcbur olub.

Ukraynanın ikinci böyük şəhəri Xarkovun səlahiyyətliləri bir çox yerdə Rusiyanın hücumlarından sonra kəsilən elektrik və suyun 80%-nin bölgə xalqına qaytarıldığını qeyd edib.

//Safura Bənnayeva, Editor.az