“Ukrayna böyük əks-hücuma başlayır”- Putindən səfərbərlik çağırışı- AÇIQLAMAbackend

“Ukrayna böyük əks-hücuma başlayır”– Putindən səfərbərlik çağırışı- AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Rusiyada belə bir hazırlığın aparılması normaldır. Çünki irəlidəki bir neçə həftə ərzində Ukrayna ordusunun əks-hücumu gözlənilir. Bunun çox böyük hücum olacağı düşünülür. Açığı rəsmi Moskvanın mövcud qüvvələri bu hücumların qarşısını ala bilmir”.

Bu fikirləri Editor.az-a politoloq Turab Rzayev mediada Rusiya prezidenti Vladimir Putinin hərbi müşavirlərin 400 min hərbçinin gizli səfərbərliyə cəlb edilməsi ilə bağlı təklifini dəstəkləməsi barədə yayılan məlumata münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, artıq çox uzun müddətdir davam edən müharibədə Rusiya Baxmut şəhərini belə Ukraynadan ala bilməyib:

“ Kifayət qədər uzun sərhəd xətti var və burada rəsmi Moskvanın uğurlu irəliləyişinin şahidi olmamışıq. Amerika kəşfiyyatından mətbuata sızdırılan məlumatlara görə, Kiyevin çox böyük əks-hücumu hazırlanır. Buraya Avropa və ABŞ-dan xüsusi texnikalar, hava sistemləri cəlb olunacaq. Bunun logistikası ilə bağlı məlumatlar olsa da tam təfərrüatı verilməyib. Rusiya belə bir böyük hücumun qarşısını ala bilməyəcək”.

Politoloq qeyd edir ki, Putinin səfərbərlik çağırışları da Ukrayna hücumuna qarşı hazırlıq məqsədi güdür:

“ İndiki vəziyyətdə Rusiyanın hücum edib üstünlük əldə etməsi inandırıcı deyil. Bu hazırlıqlar daha çox müdafiə xarakteri daşıyacaq. Cəbhə boyu Ukrayna ilə qarşı-qarşıya duran Rusiya ordusunu möhkəmləndirmək cəhdi daşıyır. Hətta 1 ay ərzində Ukraynanın böyük bir hücumunun baş tutacağını düşünürəm. Bunun qarşısından geri çəkilməmək üçün Putin məcbur qalıb nüvə silahı və ya hansısa hələ də istifadə edilməyən ağır silahlardan istifadə edə bilər. Bunun mətbuata sızdırılması ya Ukrayna hücumunun qarşısını almaq məqsədi daşıyır, ya da kəşfiyyatın qəsdən etdiyi propaqandadır”.

//Safura Bənnayeva, Editor.az