Ukrayna sərhədlərində 800-ə yaxın rus döyüş təyyarəsi və helikopter varbackend

Ukrayna sərhədlərində 800-ə yaxın rus döyüş təyyarəsi və helikopter var

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya Ukrayna sərhədləri yaxınlığında 800-ə yaxın təyyarə və helikopter yerləşdirib.

Editor.az xəbər verir ki, bu barədə sentyabrın 16-da keçirdiyi brifinqdə Hərbi Hava Qüvvələrinin spikeri Yuri İqnat məlumat verib.

“Düşmən Ukrayna ətrafında 40 hərbi aerodromda 800-ə yaxın təyyarə cəmləşdirib. İşğalçı ölkə Belarus, Rusiya və müvəqqəti işğal olunmuş Krımın aerodromlarından istifadə edir”, – İqnat deyib. Onun sözlərinə görə, Ukrayna ilə sərhəd yaxınlığında 430 Rusiya təyyarəsi və 340 helikopter var. İşğalçılar Rusiya Federasiyası, Belarusiya və Krım üzərindəki səmalarda, həmçinin Qara və Azov dənizlərinin sularında patrulxidməti üçün qırıcı təyyarələrdən istifadə edirlər. O, bildirib ki, Rusiya Ukrayna ərazilərini uzaq mənzilli və və digər tipli qanadlı raketlərlə bombalayır.
İqnat qeyd edib ki, Rusiya hərbçiləri gündə 200 döyüş uçuşu həyata keçirir və genişmiqyaslı müharibə başlayandan indiyədək onların 38 mindən çox döyüş uçuşu qeydə alınıb.

//Samir,Editor.az