Ukrayna Xarkovu geri alır: İşğalın ilk günlərində dağıdılan şəhərlərdə Ukrayna bayrağı qaldırılıbbackend

Ukrayna Xarkovu geri alır: İşğalın ilk günlərində dağıdılan şəhərlərdə Ukrayna bayrağı qaldırılıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna ordusu bu ayın əvvəlində başlatdığı əks-hücumla irəliləməyə davam edərək çərşənbə axşamından etibarən demək olar ki, bütün Xarkov vilayətinə nəzarəti ələ keçirib.

Editor.az “The Guardian”a istinadən xəbər verir ki, Ukrayna bayrağı son 6 ayda Rusiyanın işğal etdiyi şəhər və kəndlərdə ilk dəfə dalğalanır. Kiyev sərhəd təhlükəsizliyi də Rusiya sərhədinə yaxın Vovçansk şəhərinin geri alındığını bildirib. Bildirilib ki, rus əsgərləri Ukraynanın ciddi əks-hücumundan sonra bazar günü şəhəri tərk ediblər. Ukrayna prezidenti Vladimir Zelenski ölkəsinin silahlı qüvvələrinin bir neçə gün ərzində işğal altında olan 6 min kvadrat kilometr əraziyə nəzarəti bərpa etdiyini bildirib.

“The Guardian”a danışan Qərb rəsmisi bildirib ki, Ukraynanın 6 min kvadrat kilometr ərazini geri qazanmağının müharibədə “dönüş nöqtəsi” olub-olmaması barədə danışmaq hələ tezdir.

//Gülnarə Abasova, Editor.az