Ukraynada vuruşan rusiyalı deputat öldürülübbackend

Ukraynada vuruşan rusiyalı deputat öldürülüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukraynada Kommunist Partiyasından olan rusiyalı deputat Dmitri İvanov öldürülüb. O, “Vaqner” özəl hərbi şirkətinin sıralarında Ukraynaya qarşı müharibədə iştirak edirdi.

Editor.az xəbər verir ki, bu barədə Rusiyanın Xakasiya respublikasının qubernatoru Valentin Konovalov deyib. O, muzdlu əsgərin respublika Ali Sovetinin Rusiya Kommunist Partiyasından olan deputatı olduğunu bildirib.

Rusiya rəsmisinin dediyinə görə, İvanov 2023-cü ilin fevralında “faşistlərlə döyüşmək” üçün könüllü olaraq Ukraynaya qarşı müharibəyə gedib və “Vaqner” PMC-də xidmət edib. 46 yaşlı kommunist 2023-cü il martın 27-də öldürülüb: “O, hərbi borcunu yerinə yetirərkən “qəhrəmancasına” həlak olub. Arxasında həyat yoldaşı və beş uşaq qalıb”, – Konovalov deyib.

  //Samir Qurbanov,Editor.az