İmişlinin korrpusiya ittihamları üzrə həbs edilmiş sabiq icra başçısı Vilyam Hacıyev azadlığa buraxılıb.
Oxu.Az-ın məlumatlna görə, Xəzər Rayon Məhkəməsində V.Hacıyevin vaxtından əvvəl azadlığa buraxılması ilə bağlı müraciətə baxılıb.
Məhkəmə onun səhhətində problemin olmasını nəzərə alaraq vaxtından əvvəl azadləğa buraxılması barədə qərar qəbul edib. V.Hacıyev azadlığa buraxılıb.
Qeyd edək ki, Vilyam Hacıyev Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən 2020-ci il mayın 5-də saxlanılıb.
O, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə xüsusilə külli miqdarda mənimsəmədə və rüşvət almaqda təqsirli bilinərək 12 il müddətinə azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsi hökmü dəyişdirmədən qüvvədə saxlayıb.
Ali Məhkəmə Vilyam Hacıyevin cəzasını 8 il 6 ay müddətinə azaldıb.

