Azərbaycanda korrupsiya faktları barədə məlumat verən şəxslərin müdafiəsi ilə bağlı yeni qanun layihəsi hazırlanacaq.
Məsələ Milli Məclisin 2026-cı ilin payız sessiyasının iş planına daxil edilib. Burada əsas məqsədlərdən biri korrupsiya barədə məlumat verən şəxslərin hüquqlarını daha yaxşı qorumaq və onların mümkün təzyiqlərdən müdafiəsini təmin etməkdir.
Çünki bir çox hallarda insanlar korrupsiya faktını bildikləri halda bunu açıqlamaqdan çəkinirlər. Səbəb isə iş yerində təzyiq, vəzifədən uzaqlaşdırılma, hədə-qorxu və digər risklər ola bilər.
Yeni layihənin adında diqqətçəkən başqa bir məqam da “təşviq” sözünün yer almasıdır. Yəni söhbət yalnız məlumat verən şəxslərin qorunmasından deyil, onların korrupsiya halları barədə məlumat verməyə həvəsləndirilməsindən də gedir.
Məsələ ilə bağlı TV Musavat-ın əməkdaşları Bakı sakinlərinə müraciət edib, onların rəyini öyrənib.
Hazırladığımız videosorğunu təqdim edirik:

