Vladimir Putin: Rəcəb Tayyib Ərdoğanla bir çox prinsipial razılaşmalar əldə etmişikbackend

Vladimir Putin: Rəcəb Tayyib Ərdoğanla bir çox prinsipial razılaşmalar əldə etmişik

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Təbii ki, biz dinc atom sahəsində əməkdaşlıqla yanaşı, Rusiya-Türkiyə münasibətlərinin bütün spektrinin inkişafı ilə bağlı digər aktual məsələləri də müzakirə etdik və bununla bağlı bir sıra prinsipial əhəmiyyətli birgə razılaşmalar əldə olundu”

Editor.az xəbər verir ki, bu sözləri Rusiya prezidenti Vladimir Putin “Akkuyu” Atom Elektrik Stansiyasına (AES) nüvə yanacağının verilməsi mərasimi zamanı deyib. Rusiya lideri vurğulayıb ki, iki ölkə ikitərəfli ticarətin mütərəqqi artımını stimullaşdırmaq barədə razılığa gəliblər. 2022-ci ilin sonunda bu 62 milyard dolları ötüb.

Bundan əlavə, Rusiya Federasiyası və Türkiyə qarşılıqlı investisiyaların axınını təşviq etmək, iki dövlətin biznes strukturlarının bir-birinin bazarlarına daxil olmasına kömək etmək niyyətindədirlər. Putin AES-i Rusiya Federasiyası və Türkiyənin ən mühüm layihəsi adlandıraraq, bunun dövlətin iqtisadi və qonşuluq əlaqələrini inkişaf etdirməyə imkan verdiyinə işarə edib. Ərdoğan öz adından və xalqı adından AES-in tikintisinə görə Rusiyaya və onun prezidentinə təşəkkür edib.

  //Samir Qurbanov,Editor.az