Vladimir Putin ya qələbə qazanacaq, ya da sarsıdıcı məğlubiyyətə uğrayacaq – Ukrayna Xarici Kəşfiyyat Xidmətinin rəhbəribackend

Vladimir Putin ya qələbə qazanacaq, ya da sarsıdıcı məğlubiyyətə uğrayacaq – Ukrayna Xarici Kəşfiyyat Xidmətinin rəhbəri

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyanın Ukraynaya qarşı başlatdığı və 21 aydır davam edən genişmiqyaslı müharibə kritik dövrə daxil olub.

Editor.az bildirir ki, bu fikri Ukrayna Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Aleksandr Litvinenko noyabrın 22-də “İnterfaks-Ukrayna” üçün dərc olunan köşə yazısında bildirib. “Üç gün ərzində genişmiqyaslı müharibədə Ukraynanı məğlub edə bilməyən Kreml Qərblə münasibətlərdə dönüş nöqtəsini keçib. İndiki halda Putin yalnız qələbə qazana və ya sarsıdıcı şəkildə uduza bilər”, – Litvinenko deyib.

Ukrayna kəşfiyyatçısının sözlərinə görə, Kreml rəhbəri əmindir ki, Ukraynanı və qalan “tarixi rus torpaqlarını” geri qaytarmaq və imperiyanı bərpa etmək yalnız dünyanın qlobal yenidən bölüşdürülməsi çərçivəsində mümkündür. SVR rəhbəri qeyd edib ki, Moskvanın ssenariləri imkan verir ki, belə bir bölgü müxtəlif miqyaslı və intensivlikli münaqişələr nüvə silahının istifadəsi ilə müşayiət olunmaqla 10-15 il davam edə bilər.

Litvinenko əmindir ki, Rusiyanın Ukraynaya qarşı müharibəsinin nəticəsi Putinin “qlobal müharibə” ssenarisində qlobal əhəmiyyətə malikdir və qlobal tarazlığın bu və ya digər istiqamətdə dəyişməsi üçün güclü təkan olacaq. Eyni zamanda, kəşfiyyatçı aydınlaşdırıb ki, Ukraynaya qarşı müharibə Kreml tərəfindən Rusiya üçün vacib, lakin yeganə cəbhə deyil və Rusiya elitası tərəfindən faktiki olaraq ABŞ və bütövlükdə Qərblə aparılan dünya müharibəsi kimi qəbul edilir.

//Samir Qurbanov, Editor.az