Xamenei yenə meydan oxudu: Qoşunları buradan çıxarmalısınız!backend

Xamenei yenə meydan oxudu: Qoşunları buradan çıxarmalısınız!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Amerikalıların İraqda olması qəbuledilməzdir.

Bunu İranın ali dini lideri Əli Xamenei İraq Prezidenti Əbdül Lətif Rəşidlə Tehranda görüşü zamanı deyib.

“Hətta bir amerikalının belə İraqda olması həddən artıq çox deməkdir. Amerikalılar heç kimlə dostluq etmirlər və hətta özlərinin avropalı müttəfiqlərinə belə sadiq deyillər”, – o bildirib.

Qeyd edək ki, bundan öncə ABŞ Müdafiə naziri Lloyd Ostin Amerika qoşunlarının İraqda qalmağa hazır olduğunu bildirib.

Globalinfo.az