Xarkov vilayətində Rusiyaya məxsus 237-ci Qvardiya Hava Desant Alayı tamamilə məhv edilibbackend

Xarkov vilayətində Rusiyaya məxsus 237-ci Qvardiya Hava Desant Alayı tamamilə məhv edilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna ordusunun bir neçə istiqamətdə əks-hücumları nəticəsində işğalçılar qaçmağa başlayıblar. Editor.az xəbər verir ki, bu barədə Ukrayna kəşfiyyatı məlumat yayıb.

Məlumatda bildirilir ki, Rusiya Federasiyasının 237-ci Qvardiya Hava Desant Alayı bütün hərbi qulluqçuların ölçməsi və ya yaralanması səbəbindən fəaliyyətini dayandııb. Sağ qalanların əhəmiyyətli bir hissəsinin vəziyyəti isə son dərəcə ağırdır. Bu da işğalçıları Qızıl Xaçdan kömək istəməyə və oğurlanmış velosipedlərlə qaçmağa vadar edib.

Xüsusilə, Xarkov vilayətində yerləşən 202-ci əlahiddə motoatıcı alayının əsgərləri mövqelərini tərk edərək yaxın meşə zolağına keçiblər. Bölmə komandirsiz və rabitəsiz qalıb. Onlar qohumlarına zəng edərək komanda ilə əlaqə saxlamağı və bundan sonra hara getməli olduqlarını öyrənməyi, bəziləri də arvadlarından Rusiya Müdafiə Nazirliyinin və Qırmızı Xaç Cəmiyyətinin qaynar xəttlərinə müraciət edərək onları Ukrayna ərazisindən çıxarmağı tələb edirlər.

  //Samir,Editor.az