Zelenski: “Putinin nüvə silahı ilə bağlı blef etdiyini düşünmürəm”backend

Zelenski: “Putinin nüvə silahı ilə bağlı blef etdiyini düşünmürəm”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna prezidenti Vladimir Zelenski Rusiya prezidenti Vladimir Putinin nüvə təhlükəsi ilə bağlı “blef” etmədiyini deyib.

Editor.az xarici mətbuata istinadla xəbər verir ki, Prezident Zelenski ABŞ-ın “CBS” kanalında Rusiyanın Ukraynaya təcavüzü ilə bağlı açıqlamalar verib. Zelenski bildirib ki, Rusiyanın Ukraynada işğal etdiyi əraziləri referendum yolu ilə ilhaq etməsi diplomatik danışıqları qeyri-mümkün edəcək.

“O (Putin) çox yaxşı bilir. Mən bu barədə hamının qarşısında danışmışam. Putin bizə deyir ki, bu müharibəni bitirməyəcək. Bəlkə dünən blef edirdi. Amma bu, indi doğru ola bilər. O, dünyanı qorxutmaq istəyir. Qorxmuruq. Mübarizə aparacağıq və təslim olmayacağıq. Demokratiyanın və açıq dünyanın gələcəyi üçün canımızı verəcəyik”, deyə – Zelenski bildirib.

//Gülnarə Abasova, Editor.az