Zelenski: Rusiyadan geri alınan İzyumda kütləvi məzarlıq tapıldıbackend

Zelenski: Rusiyadan geri alınan İzyumda kütləvi məzarlıq tapıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna prezidenti Zelenski çıxışı zamanı Xarkov vilayətində başlanan əks hücumda 40-dan çox yaşayış məntəqəsinin Rusiya qüvvələrindən geri alındığını və azad edilən İzyumda kütləvi məzarlıq tapdıqlarını açıqlayıb.

Editor.az xarici mediaya istinadən bildirir ki, döyüş meydanından yayılan son məlumatlara görə, Ukrayna qüvvələri Vovçansk, Şevçenkova, Kupyanks, İzyum kimi strateji əhəmiyyətli yaşayış məntəqələrinə daxil olub. Həmçinin Ukrayna qüvvələri Xarkov cəbhəsində irəliləyişlərini davam etdirirlər.

Ukraynadan gələn bəzi məlumatları Rusiya Müdafiə Nazirliyi də təsdiqləyib. Sentyabrın 10-da Rusiya ordusunun əvvəllər ələ keçirdiyi Xarkov vilayətinin İzyum və Balakliya şəhərlərindən geri çəkilməyə başladığını da açıqlayıb.

//Safura Bənnayeva, Editor.az