Zelenskidən Putini tərifləyən Trampa sərt cavab…backend

Zelenskidən Putini tərifləyən Trampa sərt cavab…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-ın sabiq prezidenti Donald Tramp Rusiyanın Ukraynaya qarşı müharibəsinə “çəhrayı eynəkləri” çıxarıb baxmalıdır.

bu sözləri Ukrayna Prezidenti Vladimir Zelenski CNN-ə açıqlamasında deyib.

“Mənə elə gəlir ki, o, baş verənlərə təkcə Ukraynaya qarşı təhlükə prizmasından baxmamalıdır. Ola bilər ki, biz ona kifayət qədər uzaq yerləşirik, amma müharibənin heç bir məsafəsi yoxdur. Belə deyək, o, (Tramp – red.) “çəhrayı eynəkləri” olmadan situasiyaya baxmalıdır. Bilmirəm, bəlkə də bu, onun daxili siyasəti üçün, Rusiya prezidenti ilə anlaşmaya hazır olduğunu göstərmək üçün lazım idi”, – deyə Zelenski bildirib.

Qeyd edək ki, D.Tramp müsahibələrindən birində Putini dahi adlandırmış və Ukraynanı Krım və NATO-dan imtina etməyə çağırmışdı

Axar.az