Poroşenko və Bayden arasında telefon danışığı olubbackend

Poroşenko və Bayden arasında telefon danışığı olub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna prezidenti Pyotr Poroşenko və ABŞ-ın vitse-prezidenti Cozef Bayden arasında telefon danışığı olub.
APA-nın məlumatına görə, bu barədə Ukrayna prezidentinin mətbuat xidmətinin yaydığı açıqlamada bildirilir.
Söhbət zamanı Donbasdakı vəziyyət müzakirə edilib.
“Poroşenko və Bayden Minsk razılaşmalarının tam şəkildə yerinə yetirilməsinin vacibliyini, Rusiyaya qarşı sanksiyaların uzadılmasının vacibliyini vurğulayıblar. Tərəflər Ukraynanın suverenliyinin, ərazi bütövlüyünün bərpası və münaqişənin sülh yolu ilə həllindən başqa alternativin olmadığını bir daha təsdiqləyiblər ”, məlumatda bildirilir.
Söhbət zamanı tərəflər həmçinin Ukraynada həyata keçirilən islahatlara toxunublar.