Əmisi oğlu tərəfindən təcavüzə məruz qalan 16 yaşlı Səidənin Ceyhun tərəfindən qaçırıldığı və ailə qurduğu müəyyən olunub.
Editor.az sonxeber.az-a istinadən xəbər verir ki, bu barədə “Səni axtarıram” verilişində məlumat verilib.
Belə ki, verilişdə danışan Ceyhunun atası bildirib ki, oğlu Masallıdan gətirdiyi Səidə adlı qızla ailə qurub:
“Ceyhun “Vosmoy” bazarında bir oğlanla tanış olmuşdu. O insan Ceyhunu Səidə ilə tanış etmişdi. Səidə Ceyhunla cəmi 1 ay evli qaldı. Sonra Ceyhunun uşaqlarına baxmaq istəmədiyi üçün çıxıb getdi. Səidə ilə ayrılandan sonra Ceyhun yenə ailə qurdu. Amma o qadın da uşaqlara baxmaq istəmədiyi üçün çıxıb getdi”.