İtaliyada sutka ərzində yeni koronavirusun səbəb olduğu xəstəliyin fəsadlarından ölənlərin sayı 437 nəfər, qurbanların ümumi sayı isə 25 085 nəfərə çatıb.
Editor.az Trend-ə istinadən bildirir ki, bu barədə ölkənin Mülki Müdafiə Departamenti bildirib.
Məlumata əsasən, ötən sutkada rekord sayda sağalan xəstə – 2 443 nəfər, reanimasiya şöbələrində isə ən aşağı koronavirus xəstəsi qeydə alınıb – 2,384 nəfər.
Pandemiya başlayandan bəri ölkədə yoluxanların ümumi sayı 187 327 nəfərə çatıb. Sağalanların sayı isə 54 543 nəfərə çatıb.