Biləsuvarda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Editor.az APA-ya istinadən xəbər verir ki, “NAZ-Lifan” markalı avtomobilin aşması nəticəsində sürücü – 1969-cu il təvəllüdlü Qədir Əsəd oğlu Musayev dünyasını dəyişib.
İlkin məlumata görə, qəzada ölən Q. Musayev Qarabağ qazisidir.
Faktla bağlı araşdırma aparılır.