Son sutka ərzində Pakistanda COVID-19-a 498 nəfər yoluxub və beləliklə, xəstələnənlərin sayı 297 min 512 nəfərə çatıb.
Editor.az AZƏRTAC-a istinadən bildirir ki, son sutkada virusdan 7 xəstə dünyasını dəyişib və ölənlərin sayı 6335 nəfər olub.
Xəstəxanalarda 8909 pasiyentin müalicəsi davam etdirilir, onlardan 595-nin vəziyyəti ağırdır.
Qeyd edilir ki, indiyədək infeksiyadan 282 min 268 xəstə sağalıb.