Azərbaycanın kimya sənayesi sahəsində tanınmış şirkəti – “NB Group” ASC Silahlı Qüvvələrə Yardım Fonduna 50 000 manat vəsait köçürüb.
Xatırladaq ki, Fond ölkə prezidentinin 17 avqust 2002-ci il tarixli fərmanı ilə yaradılıb.
Fondun əsas vəzifəsi ölkənin etibarlı müdafiəsi üçün Silahlı Qüvvələrin inkişafını və onun maddi-texniki bazasının möhkəmləndirilməsini, həmçinin hərbi qulluqçuların sosial müdafiəsinin daha da gücləndirilməsini təmin etməkdir.