Ermənistanda koronavirusa yoluxanların sayı 110 687 nəfərə çatıb.
Editor.az erməni KİV-lərinə istinadən məlumatına görə, son sutka ərzində 2 000 nəfərdə infeksiyaya yoluxma faktı aşkarlanıb.
Bundan başqa, daha 27 nəfərin ölümü qeydə alınıb.
Bugünədək Ermənistanda 1 636 nəfər koronavirusdan ölüb, 40 715 nəfərin müalicəsi isə davam edir.
Qeyd edək ki, ölkədə fövqəladə vəziyyət ləğv edilsə də, karantin rejimi 2021-ci il yanvarın 11-dək uzadılıb.