Sumqayıtda dələduzluqla məşğul olan şəxs saxlanılıb.
Editor.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Milli.Az-a verilən xəbərə görə, şəhər polis idarəsinin 1-ci polis bölməsinə Yevlax rayon sakini A.Abışovanın aldadılaraq 550 manat pulunun alınması barədə məlumat daxil olub.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində dələduzluğu törətməkdə şübhəli bilinən F.İsmayılov müəyyən edilərək saxlanılıb.
Ətrafında aprılan tədbirlərlə onun daha 25 nəfərə qarşı dələduzluq etməsi, habelə Sumqayıt şəhər sakinləri olan 2 nəfəri aldadaraq onlardan ümumilikdə 6600 manat pul alması da müəyyən edilib.