Şəmkirdə bıçaqlanma hadisəsi baş verib.
Editor.az APA-ya istinadən bildirir ki, hadisə Kür qəsəbəsində qeydə alınıb.
Qəsəbə sakini İlham Hüseynov bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib.
Araşdırma zamanı məlum olub ki İlham Hüseynov tanışı – Gündüz Zeynalov tərəfindən bıçaqlanıb. Hadisəni törədən şəxs polis tərəfindən saxlanıb.
Faktla bağlı araşdırma aparılır.