Qazaxıstanda yanvar hadisələri zamanı Qırğızıstan vətəndaşı öldürülüb.
Bu barədə Qırğızıstanın Qazaxıstandakı səfiri Dastan Duyşekeyev məlumat verib.
Onun sözlərinə görə, mərhum Almatıda fitnes məşqçisi işləyib:
“İndi səfirliyin əməkdaşları mərhumun şəxsiyyətini və bütün lazımi məlumatları dəqiqləşdirir. Onun cənazəsinin vətənə çatdırılması istiqamətində işlərə başlanılıb”.
Diplomatın sözlərinə görə, Qazaxıstanın hüquq-mühafizə orqanları son hadisələr zamanı neçə Qırğızıstan vətəndaşının saxlandığı barədə məlumat vermir.
Mənbə: Knews.kg