Tovuz rayonunda 26 yaşlı gənc oğlan intihar edib.
Editor.az-ın yerli bürosunun verdiyi məlumata görə, Ülvi Məhərrəmovun meyidi asılmış vəziyyətdə yaşadığı evin həyətində tapılıb.İlkin olaraq mərhumun intihar etdiyi güman edilir. Hadisə yerinə Tovuz rayon Polis Şöbəsi və Prokurorluq orqanlarının əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma başlanılıb.
//İlham, Editor.az