“Qarabağın işğaldan azad edilən ərazilərində yeni məktəblər tikilir”.
Bunu təhsil nazirinin müavini Firudin Qurbanov jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, Zəngilanda inşa edilən məktəbdə artıq ilk tədris ilinə başlanılıb:
“Yaxın vaxtlarda Şuşada, Ağdamda, Cəbrayılda da tikilən yeni məktəb binaları istifadəyə veriləcək”.