Xəbər verdiyimiz kimi, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Türkiyənin cənub-şərqində baş verən zəlzələnin episentri olan Kahramanmaraş vilayətinə səfərə başlayıb.
Editor.az bildirir ki, 7,7 bal gücündə olan zəlzələ 7 mindən çox insanın ölümünə, 40 mindən çox insanın yaralanmasına səbəb olub. 10 əyalətdə 3 ay ərzində fövqəladə vəziyyət elan edilib. Dağıntı baş verən yerlərdə axtarış-xilasetmə işləri davam edir.
Dünyanın bir çox ölkəsindən olan xilasedicilər türk həmkarlarına kömək edir, Türkiyənin yardım istəyinə ilk cavab verənlər arasında Azərbaycan, Rusiya, Qazaxıstan, İsrail və Gürcüstan da var.
//Samir Qurbanov, Editor.az