Rusiya Prezidenti Vladimir Putin nə genişmiqyaslı hücumdan əvvəl, nə də indi Ukrayna ilə danışıqlara hazır deyildir.
Onun məqsədi Ukrayna hökumətini kənarlaşdırmaqdır. Editor.az bildirir ki, bunu ABŞ-ın Moskvadakı keçmiş səfiri Con Sallivan BBC-yə deyib: “Vladimir Putin hələ müharibə başlamazdan əvvəl danışıqlarda maraqlı deyildi və indi də maraqlı deyil”.
O, Moskvanın “xüsusi hərbi əməliyyat” adlandırdığı müharibənin məqsədinin Kiyevdəki hökuməti aradan götürmək olduğuna diqqət çəkib. Keçmiş səfirin sözlərinə görə, Ukraynanın qondarma “demilitarizasiyası” Ukrayna xalqının əsarət altına alınması deməkdir. Diplomat Kremlin məqsədlərinin dəyişmədiyini, müharibənin qarşısını almaq üçün rusiyalı həmkarları ilə danışıqlar aparmaq cəhdlərinin boşa çıxdığını qeyd edib: “Amma onların tərəfdən heç bir reaksiya olmayıb, onlar yalnız əzbərlədikləri tezisləri təkrarlayıblar ki, bu da bir növ yalandan illüziyadan başqa bir şey deyil”, – Sullivan deyib.
Bundan əlavə, o hesab edir ki, müharibəni bitirmək üçün Putini uduzacağına inandırmaq lazımdır və indi o, hələ də qalib gələ biləcəyinə inanır.
//Samir Qurbanov, Editor.az
Facebook Notice for EU!
You need to login to view and post FB Comments!