İranda içərisində idman nazirinin olduğu vertolyot qəzaya uğrayıb.
Editor.az APA-ya istinadən bildirir ki, bu barədə İRNA məlumat yayıb.
Hadisə şahidlərinin dediyinə görə, vertolyot eniş edərkən idarəetməni itirib.
İdman naziri Seyid Həmid Səccadinin vəziyyəti stabildir. O və digər sərnişinlər yüngül xəsarətlərlə xəstəxanaya yerləşdirilib.