İstiləşmə ilə əlaqədar cəbhədəki vəziyyət Ukrayna üçün əlverişli olub. Çünki palçıq ağır texnikanın hərəkətinə mane olur.
Editor.az bildirir ki, bu barədə Britaniya kəşfiyyatı Ukraynadakı müharibə ilə bağlı gündəlik hesabatında bildirib: “Temperaturun yüksəlməsi, Ukrayna dilində “yolsuz” kimi tanınan palçıqlı şəraitə gətirib çıxarıb ki, bu da hərəkəti məhdudlaşdırır.
Bu vəziyyət də adətən müdafiə olunan qüvvələr üçün hərbi üstünlük yaradır”, – hesabtda deyilir. Qeyd olunur ki, qarşı həftələrdə temperaturun bir qədər də yüksəlməsi ilə daha çox palçığın əmələ gəlməsi və PPM-in daha da çətinləşməsi gözlənilir.
Bu cür ağır şərtlər martın sonuna qədər davam edəcək: “Bu, yerüstü əməliyyatlara əlavə çətinliklər yaradacaq və daha ağır zirehli texnikaların yolsuzluq üzündən, xüsusən də Baxmut bölgəsindəki narahat ərazilərdə hərəkətini çətinləşdirəcək”, – Britaniya kəşfiyyatı bildirir.
//Samir Qurbanov,Editor.az