Rusiya prezidenti Vladimir Putin enerji təchizatının kəsməklə Avropanı şantaj edə bilməyib.
Editor.az bildirir ki, bunu Avropa Komissiyasının sədri Ursula fon der Leyen Norveçin qərb sahillərində “Troll A” qaz platformasına səfəri zamanı deyib: “Putin başladığı enerji döyüşünü açıq şəkildə uduzub və onun şantajı nəticə verməyib”. Aİ Komissiyasının sədri əlavə edib ki, indi Aİ Norveç və ABŞ kimi müttəfiqlərdən daha çox enerji alacaq.
Avropa bərpa olunan enerjiyə böyük sərmayə qoyub və enerji istehlakını 20% azaldıb: “Beləliklə, əgər prezident Putin bizi diz çökdürməyi planlaşdırırdısa, o, bunun tam əksinə nail oldu. Bu gün biz həmişəkindən daha güclü və müstəqilik”, – dedi. Qeyd edək ki, Von der Leyen cümə günü NATO baş katibi ilə birlikdə enerji təchizatı və infrastrukturun təhlükəsizliyini müzakirə etmək üçün Şimal dənizində qazma platformasına gəlib.
//Samir Qurbanov,Editor.az