NATO Rusiya ilə Ukrayna arasında hərbi münaqişə zəminində alyansa yeni üzvlərin qəbulunu müzakirə edə bilməz.
Editor.az bildirir ki, bunu Almaniyanın xarici işlər naziri Annalena Berbok deyib. O, qeyd edib ki, “Hər bir ölkə hansı ittifaqın üzvü olacağına özü qərar verə bilər. Bu, NATO-nun açıq qapı siyasətidir. Bu alyansa üzv olmaq istəyən dövlətlər üçün qapının açıq olması faktı ilə biz Finlandiyanın qəbulunu və inşallah, İsveçin də tezliklə qəbul edilməsini açıq şəkildə göstərdik.
Eyni zamanda, aydındır ki, yeni üzvlərin daxil olması haqqında danışa bilməyəcəyimiz bir müharibə ortadadır”, Annalena Berbok deyib. Lüksemburqun xarici işlər naziri Jan Asselborn isə bildirib ki, hərbi münaqişə davam etdiyi bir vaxtda Kiyev NATO-ya üzv olacağına ümid edə bilməz. “NATO-nun mövcud olduğu 75 il ərzində müharibə iştirakçısı olan heç bir ölkə alyansa qəbul olunmayıb. Bu, qeyri-mümkündür, çünki bu halda 5-ci maddəyə uyğun olaraq biz özümüzü Rusiya ilə NATO arasında müharibə vəziyyətinə salmış olarıq”.
Eyni zamanda o, NATO-Ukrayna Şurasının yaradılmasının tərəfdarı olub. Qeyd edək ki, mayın 31-dən iyunun 1-dək Osloda NATO xarici işlər nazirlərinin qeyri-rəsmi görüşü keçirilir. Görüşün əsas mövzusu Ukrayna və Rusiya arasındakı münaqişə olacaq.
//Samir Qurbanov,Editor.az