Prezident İlham Əliyev Kamerun Prezidenti Pol Biyaya təbrik məktubu göndərib.
təbrikdə deyilir:
“Hörmətli cənab Prezident, ölkənizin milli bayramı münasibətilə Sizə və xalqınıza ən səmimi təbriklərimizi yetirirəm.
Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Kamerun xalqına əmin-amanlıq və tərəqqi arzulayıram”.
//Azərtac