Aİ Serbiyanı dalana dirəyib: ya Qərb, ya da Rusiyabackend

Aİ Serbiyanı dalana dirəyib: ya Qərb, ya da Rusiya

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

 Editor.az xəbər verir ki. bunu Serbiya prezidenti Aleksandr Vuçiç xalqa müraciətində deyib. “ABŞ və Türkiyənin dəstəklədiyi böyük Qərb qüvvələri bildiriblər ki, Avropa özünü müdafiə etməlidir, ona görə də hər kəs pərdənin hansı tərəfində qalacağına qərar verməlidir”, – dövlət başçısı bildirib. Vuçiçin sözlərinə görə, Avropa İttifaqı Rusiyada iqtisadiyyatın “pərdənin bir üzündə” yoxa çıxdığını, Avropanın isə pərdənin “uğurun tərəfində” olduğunu deyir.

Xatırladaq ki, daha əvvəl Serbiya prezidenti Aİ-nin Belqraddan Rusiyanın enerji daşıyıcılarına qarşı sanksiyalar tətbiq etmək tələbinin ədalətsiz olduğunu və Aİ-nin özünün də bu məhdudiyyətlərdən imtina etdiyini bildirmişdi. Bundan başqa, Vuçiç Rusiyaya qarşı sanksiyalar məsələsində yalnız Serbiyanın maraqlarına əsaslanaraq qərarlar qəbul edəcəyinə söz verib.

  //Samir,Editor.az