ATƏT-in Minsk qrupu həmsədrlərinin sülh planı kimə xidmət edəcək ?backend

ATƏT-in Minsk qrupu həmsədrlərinin sülh planı kimə xidmət edəcək ?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“ATƏT-in Minsk qrupu həmsədrlərinin regiona səfəri gözlənilir. Bu səfər fonunda həmsədrlərin sülh planı üstündə işlədikləri qeyd edilir. İlk növbədə Azərbaycan və Ermənistan arasında sülhün əldə edilməsi istiqamətində Minsk qrupunun fəaliyyəti ilə sülh planın hazırlanması uğurlu olmayacaq. Çünki bu sülh planında “status” məsələsinin bu və ya digər formada təsbit olunması istisna deyil”.

Bu sözləri Editor.az-a açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib.

Siyasi şərhçinin sözlərinə görə, Minsk qrupunun hazırladığı formul nə Azərbaycan, nə də Ermənistan tərəfindən qəbul edilməyəcək:

“Ümumiyyətlə, sülh planı birbaşa ABŞ və Fransanın geosiyasi maraqlarına uyğun olaraq Ermənistanın leyhinə formalaşması mümkündür. Ona görə də bu kimi həmsədrlərin sülh təşəbbüslərinin reallaşacağı gözlənilmir. Azərbaycan Minsk qrupunun fəaliyyətinə o halda razılaşıb ki, yalnız Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində plan hazırlasın. Amma Vaşinqton və Parisin planı mümkün şəkildə vəziyyətin normallaşmasına xidmət etməyəcək. Ona görə də Azərbaycan tərəfi Ermənistanla normallaşma prosesində Avropa ittifaqının səylərini dəstəkləməyə və Ankara Moskva arasında bu istiqamətdə fəaliyyətini davam etdirilməsində maraqlıdır. Yenidən Minsk qrupunun formalaşması prosesi dalana dirəyə bilər”.

Siyasi analitik bildirib ki, N. Paşinyan məhz Moskvada V.Putinlə görüşdə ” Dağlı Qarabağ münaqişəsi” bitməyib kimi açıqlaması Minsk qrupunun iki həmsədr dövlətlərin planına uyğun olaraq deyir. Ona görə də Azərbaycan növbəti dəfə Minsk qrupunun fəaliyyətini qəbul etməyə bilər.

//Gülnarə Abasova, Editor.az