“Azərbaycan adını deyəndə yada düşüləcək qədər sevilirsiniz!”-Azərbaycanlı alim Prezidenti təbrik etdibackend

“Azərbaycan adını deyəndə yada düşüləcək qədər sevilirsiniz!”-Azərbaycanlı alim Prezidenti təbrik etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

 

Cənab Ali Baş Komandan İlham Əliyevə:

Vətən Müharibəsinin getdiyi vaxtlar idi, həftə sonu Köln və onun ətrafı üzrə insult xəstələrinə cavabdeh olan ən böyük mərkəzin, yəni bizim Universitet Klinikasının növbətçi həkimi idim. Vəzifələrimdən biri də insult xəstələrinin təcili əməliyyatına cavabdehliyimdir və əməliyyata ehtiyacı olan insult xəstəsi olarsa təcili əməliyyatı özüm icra etməliyəm. Elə oldu ki, zəng gəldi, insult xəstəsinin olduğu bildirildi və əməliyyata qərar verdim. Xəstənin elə bir damarı tutulmuşdu ki, çox kritik bir vəziyyət idi, amma ümidli idik. 30 dəqiqə içində əməliyyata başladım və əla nəticə ilə əməliyyat 20 dəqiqə sonra bitdi.

Bir çox hallarda belə xəstələri elə narkoz altında müvafiq insulta cavabdeh olan reanimasiyaya göndəririk. Bu hadisədə bütün tibbi xidmət elə dəqiq təşkil edilmişdi ki, hər şey istədiyimiz kimi oldu və xəstəni elə oradaca narkozdan ayıltmaq qərarını verdik. Xəstə ayıldı və mən nevroloq gələnə kimi xəstəni özüm müayinə edib hər hansı bir insulta xas olan əlamətinin qalmasını yoxlamaq üçün xəstəyə yaxınlaşdım. Mən yaxınlaşana qədər ona başına nə gəldiyini və nəyi atlatdığını, həqiqətən ölümdən döndüyünü və onu kimin xilas etdiyini artıq digər həkimlər demişdilər. Mən müayinəyə başlayıb bir-iki tibbi sual soruşanda zəif və çətin anlaşılan qırıq səsnən:

– Haradan gəlmisən?
– Azərbaycan.

Narkozdan yeni ayılmağa bağlı üzünün yorğunluğu ilə gözü yumlu gülümsədi.

– Tanıyırsınız Azərbaycanı? Niyə gülürsünüz?
– Aliyev, İlham Aliyev.

Əli ilə də əla işarəsini göstərdi.

Dedim yox bu xəstə özünə tam gəlsin, ayılandan sonra mən bununla mütləq bir də danışım. Səhər getdim yanına, yoldaşı da yanında idi, biraz söhbət etdik, əla idi, halını soruşduqdan sonra:

– Dünən bizim prezidentimizin adını çəkdiniz, tanıyırsınız?
– Həə. Hər gün nəinki Ermənistanla, bütün onun tərəfdaşları ilə diplomatik müharibəsinə baxırdım. Tək başına düzünü deyir, Amerikaya dediyinə də baxdım. Düzünü danışır….

Söhbətimiz uzun oldu. Azərbaycana marağının səbəbləri və s. Otaqdan çıxanda sözün əsl mənasında bu almanın həyatda qalmasına bir başa səbəb olmağıma sevindim (çox az adam belə açıq mövqe ortaya qoyar).

Həm də çox qürurlu idim…

İndi, cənab Prezident, narkozdan ayılacaq bir əcnəbi adama Azərbaycan adını deyəndə yada düşüləcək qədər sevilirsiniz! Bunu da masadakı diplomatiyanızla özünüz qazandınız.

Ad gününüz mübarək!

Nuran Abdullayev,
Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin sədri,
Köln Universitetİ Klinikasının Diaqnostik və İnvaziv Radiologiya İnstitutunun şöbə müdiri, tibb elmləri doktoru.