Bakıda avtomobilin vurduğu piyada ölübbackend

Bakıda avtomobilin vurduğu piyada ölüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakıda yolu keçən piyadanı avtomobil vurub.

Editor.az bildirir ki, Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Xətai rayonunun A.Nobel prospektində Bakı şəhər sakini S.Məmmədov idarə etdiyi “Chevrolet” markalı avtomobillə yolu keçən paytaxt sakini Altun Zeynallını vurub. Qəza nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı Xətai Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.