Bakıda baş vermiş qəzanın videosubackend

Bakıda baş vermiş qəzanın videosu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xəbər verdiyimiz kimi, Heydər Əliyev Beynəlxalq Hava Limanı – Mərdəkan avtomobil yolunun Suraxanı dairəsi adlanan hissəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə zamanı 5 nəfərin həyatını itirdiyi məlum olub. Səhər saatlarında baş verən dəhşətli qəzanın daha bir görüntüsü BAKU.WS-in “qaynar xətt”inə göndərilib.

Heydər Əliyev Beynəlxalq Hava Limanı – Mərdəkan avtomobil yolunun Suraxanı dairəsi adlanan hissəsində baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı 5 nəfər ölüb, 7 nəfərin vəziyyəti ağır olduğundan reanimasiyaya yerləşdirilib.

Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi (DYP) İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli Modern.az-a bildirib ki, hadisə yerinə 10 təcili tibbi yardım maşını cəlb olunub.

 

A.Əsgərlinin sözlərinə görə, qəza nəticəsində xəsarət alan digər şəxslərə ilkin yardım göstərilib.

“Polis əməkdaşları hadisə yerinə cəlb edilib və yol qəzası ilə bağlı araşdırma aparılır. İlkin məlumatlara görə, yük avtomobilinin sürücüsü sükan arxasında yuxulu olub və hərəkət etdiyi zolaqdan çıxaraq sərnişin avtobusuna çırpılıb. Hazırda yolun nəqliyyat vasitələri üçün açılması istiqamətində lazımi işlər görülür”.

***

Hadisənin görüntülərini olduğu kimi təqdim edirik.

Qeyd: Ürəyi zəyif olan şəxslərin görüntüləri izləməsi tövsiyə edilmir.