Bakıda məşhur motosikletçi qəzaya düşdü – Təcili qan lazımdırbackend

Bakıda məşhur motosikletçi qəzaya düşdü – Təcili qan lazımdır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ötən gün Bakıda ağır bədən xəsarəti ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

Editor.az bildirir ki, Əlirza Tağıyev adlı sürücünün idarə etdiyi “Suzuki” markalı motosiklet 10 CX 276 dövlət qeydiyyat nişanlı “VAZ 2107” avtomobili ilə toqquşub. Hadisə nəticəsində motosiklet sürücüsü ağır bədən xəsarəti ilə Sabunçu Rayon Xəstəxanasına çatdırılıb.

Dostlarının sosial şəbəkələrdə paylaşdığı məlumata görə, onun sağalması üçün +1 qan lazımdır.

Qeyd edək ki, Əlirza Tağıyev sosial şəbəkələrdə motosikleti tək təkər üstündə və 299 km/saat sürətlə sürmə videoları ilə məşhurdur.