Baxmutun taleyi bir həftəyə həll olunacaq – Generalbackend

Baxmutun taleyi bir həftəyə həll olunacaq – General

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hazırda Donbasda ən ağır döyüşlər Baxmut və Uqledar ətrafında gedir. Ümumiyyətlə, 1,2 min km olan bütün təmas xətti boyunca düşmən hücumlarını dayandırmır.

Editor.az Axar.az-a istinadən xəbər verir ki, bu fikirləri Ukrayna Silahlı Qüvvələri Baş Qərargah rəisinin keçmiş müavini, general-leytenant İqor Romanenko deyib.

O bildirib ki, Baxmutun ruslar tərəfindən tutulması onlara Çasov Yar, Kramatorsk və Slavyanska çatmaq imkanı verəcək.

İ.Romanenko həmçinin qeyd edib ki, hazırda Baxmutda rusların hücumlarının sürəti azalıb:

 

“Düşünürəm ki, bir həftədən sonra, maksimum iki həftə ərzində situasiyaya aydınlıq gələcək. Hətta düşmən irəliləsə belə, ona fasilə vermək lazım gələcək”.