Bolqarıstan Azərbaycan qazının qəbuluna hazırlaşırbackend

Bolqarıstan Azərbaycan qazının qəbuluna hazırlaşır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gələn ilin əvvəlindən Bolqarıstan Azərbaycan qazını qəbul etməyə başlayacaq.

Editor.az xəbər verir ki, “APA-Economics”in Bolqarıstan mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə Bolqarıstanın Baş naziri Boyko Borisov Yunanıstan-Bolqarıstan birləşdirici qaz kəmərinin (IGB) tikinti sahəsinə keçirdiyi baxış zamanı bildirib.

Onun sözlərinə görə, Bolqarıstan Azərbaycan qazının qəbuluna 2021-ci ilin yanvarın 1-dən başlayacaq: “Bir aydan sonra tam şaxələndirmə və Azərbaycan qazının ölkəyə gətirilməsi xəyalı reallaşacaq”.