Böyük Britaniyanın “Challenger”ləri Ukraynaya gəlirbackend

Böyük Britaniyanın “Challenger”ləri Ukraynaya gəlir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Böyük Britaniyanın müdafiə naziri Ben Uolles Ukraynaya vəd edilən “Challenger” tanklarının dəqiq qrafik vermədən yaydan əvvəl ön cəbhəyə gələcəyini bildirib.

Editor.az-ın məlumatına görə, London Kiyevi 14 “Challenger” tankı ilə təmin edəcək: “Bu, yazın əvvəlində və ya may ayında olacaq – bəlkə də Pasxa bayramına daha yaxın olacaq” – Ben Uolles deyib. Nazir bildirib ki, təhlükəsizliklə bağlı narahatlıqlar Ukrayna Silahlı Qüvvələri üçün tanklardan istifadə üzrə təlim cədvəlinin yaradılmasına mane olur.

Ukrayna tank heyətləri artıq təlim keçmək üçün Britaniyaya gəliblər. “Challenger 2” 120 mm L30A1 tüfəngli top və iki 7,62 mm pulemyotla təchiz olunub. Vaşinqtonun vəd etdiyi “Abrams” tankları yəqin ki, yaza qədər Ukraynaya çatdırılmayacaq. Məsələn, İspaniya ilin bu vaxtı “Leopard 2A4” tanklarını təhvil verməyə hazırdır. Əvvəllər Berlin bu tankların təkrar ixracına icazə verirdi.

  //Samir Qurbanov, Editor.az