“Bu məsələnin son qərarı isə Azərbaycandadır”- ŞƏRHbackend

“Bu məsələnin son qərarı isə Azərbaycandadır”- ŞƏRH

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Ermənistan danışıqlara məcburi müdaxilə, digər aktorları çaşdırmaq, qərarqəbuletmə mexanizmlərinin gözlənilən fəaliyyətini pozmaq, özlərini məcburiyyətdən kənarda qalmış kimi göstərmək kimi hər cür oyuna əl atır. Bu isə konkret nəticəyə gəlməyə maneə törədir ki Nikol Paşinyanın 32 kənd söhbəti də buna xidmət edir. Paşinyan həm də bu uzatmalarla Ukrayna-Rusiya müharibəsinin özünə uyğun nəticəsinə ümid edir. Bu istiqamətdə önəmli amil odur ki, cənab Prezident İlham Əliyev Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişellə telefon danışığı əsnasında 8 kəndin azad olunmasının əhəmiyyətinə xüsusilə diqqət çəkmişdi”.

Bu fikirləri Editor.az-a açıqlamasında politoloq Şəbnəm Həsənova deyib.

Onun sözlərinə görə, anklav və qeyri-anklav kəndlərin Azərbaycana təhvil verilməsi Ermənistanın üzərinə götürdüyü öhdəliklərindən biridir:

“Bu məsələnin növünün seçimi Ermənistanda, son qərarı isə Azərbaycandadır. İş orasındadır ki, Ermənistan hər yerə anklav deyir, halbuki qeyri-anklav ərazilər də mövcuddur.
Ermənistan başına bir dənə də yumruq yeməsə Zəngəzur dəhlizi ilə bağlı ağlı yerinə gəlməyəcək. Dəfələrlə dövlət başçımızın da bu istiqamətdə açıqlaması olub ki, “Dəmir yumruğ”un vaxtı keçən kimi Ermənistan izindən-cızından çıxır. Yəni, Ermənistan yenə də uzatmalara getsə güc vasitəsilə Azərbaycan beynəlxalq hüquq çərçivəsində tanınan əraziləri də suverenliyi altına alacaq. Bu işdə Azərbaycanın əleyhinə istifadə olunmalı heç bir amil və fakt mövcud deyil.

Zəngəzur dəhlizi və nəqliyyat-kommunikasiyalarla bağlı öhdəliyin özünün ərazi bütövlüyü məsələsinə aid edilməsi yanlışdır. Zəngəzur dəhlizini açmaq Ermənistanın iradəsi və etməli olduğu işdir. Azərbaycan torpaqları isə Ermənistanın qərar qəbul etmə mexanizmində nəinki obyekt və subyekt, heç predmet belə deyil. Burada qızıl qayda kimi yeganə söz bizə aiddir. Sərhəd şərtidir, o zaman kim hardan və nə qədər geri çəkiləcək, bu da yanlış düşüncədir. Bu da Ermənistanın əl atdığı növbəti oyundur ki, bu günə qədər Azərbaycanın nəzarətə götürdüyü yüksəkliklər boşalsın.

Dövlət sərhədlərinin delimitasiyası və demarkasiyası üzrə hökumətlərarası komissiyaların nümayəndələrinin mütəmadi qaydada görüşü keçirilməlidir, ikitərəfli məsləhətləşmələr və milli ekspertlərin cəlb edildiyi seminarlar da təşkil edilməlidir ki, kənar müdaxilə olmasın. Reallıq isə odur ki, sərhədlərin müəyyən edilməsi qısa zaman kəsiyinin işi deyil, görüş olacaq, amma qeyri-anklav ərazilər birmənalı bura daxil deyil. Bunu dövlət başçımız da bildirdi ki, qeyd-şərtsiz qaytarılmalıdır. Yəni, müzakirə predmeti belə deyil”.

Ş. Həsənova bildirib ki, kommunikasiyaların açılması, sərhədlərin müəyyənləşdirilməsi sülh sazişinə daxil deyil:

“Düşünürəm ki, cənab Prezident İlham Əliyev burada da çox uzaqgörən siyasət yürüdür. Sülh müqaviləsinin imzalanması mümkün bütün ziddiyyətləri azaltmağa, kənar müdaxilələrin qarşısını almağa kömək edəcək. İki yol var, bunlardan biri nəsildən-nəsilə keçəcək düşmənçilik, digəri isə sülh. Birincinin, gələcəkdə daha böyük faciələrin olmaması, fəsadların təkrarlanmaması üçün qərara tez gəlinib, sülh müqaviləsi imzalanmalıdır ki, hələ görək birgəyaşayış nə effekt verir. Ermənistan bunu bacarsa sonra nəyisə, hansısa detalları müzakirə etmək olar. Dövlət başçımız da bildirdi ki, delimitasiyanı gözləsək onda gərək sülh bir bu qədər vaxt da uzansın.

İşin konkretin nəticəsi haqqında ən dəqiq, səhih məlumat isə rəqib və ya qarşı tərəfin müşahidə edilən hərəkətlərində, verilən reaksiayalardadır. Azərbaycanın qətiyyəti həm də erməni mediasında gedən xəbərlərdən də aydın görünür ki, bu əraziləri almaqda qərarlıyıq. Düşünürəm ki, sülh müqaviləsi də bundan sonra ola bilər. Çünki həm də saxta xəritələrdə anklav və qeyri-anklavlar Ermənistan ərazisi kimi göstərilir”.

//Gülnarə Abasova, Editor.az