Çində 6.1 bal gücündə zəlzələ baş veribbackend

Çində 6.1 bal gücündə zəlzələ baş verib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Çinin cənub-qərbindəki Sıçuan əyalətində yerli vaxtla saat 17:00-da 6.1 bal gücündə zəlzələ baş verib.

Editor.az “Hürriyet” qəzetinə istinadən xəbər verir ki, Yaan şəhəri yaxınlığında baş verən zəlzələnin dərinliyini 17 kilometr olaraq açıqlanıb. Hələ ki zəlzələ nəticəsində ölən və yaralananlar barədə məlumat verilmir.

Qeyd edək ki, 2013-cü ildə Yaan şəhərində baş verən şiddətli zəlzələdə 100-dən çox adam ölmüş, minlərlə insan yaralanmışdı.

//Nəzərbəy, Editor.az